ABŞ-ın ən yeni aviadaşıyıcısı sıradan çıxdı

/ Çərşənbə, 10 İyun 2020 13:58
ABŞ-ın ən yeni aviadaşıyıcısı sıradan çıxdı

ABŞ-ın ən yeni “Cerald Ford” aviadaşıyıcısı Norfolk bazasına qayıdarkən sıradan çıxıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Hərbi-Dəniz İnstitutunun “USNİ Nyus” saytı məlumat yayıb.

Məlumata görə, gəminin EMALS elektromaqnit katapult sistemi sıradan çıxıb. Məhz buna görə də gəminin göyərtəsindəki təyyarələr 5 gün havaya qalxa bilməyib.

Qeyd edək ki, “Cerald Ford” aviadaşıyıcısı 2017-ci ildən ordunun inventarına verilib. Gəmi ABŞ-a 12.9 milyard dollara başa gəlib.

Please publish modules in offcanvas position.