Almaniya xarici işlər naziri Fələstin ərazilərinin ilhaq edilməsi planı fonunda İsrailə gedib

/ Çərşənbə, 10 İyun 2020 18:08
Almaniya xarici işlər naziri Fələstin ərazilərinin ilhaq edilməsi planı fonunda İsrailə gedib

Almaniyanın xarici işlər naziri Hayko Maas Təl-əvivə gedib.

İslam.az SalamNews-a istinadla xəbər verir ki, Almaniyanın xarici işlər naziri bu gün Təl-Əvivə gedib.

Məlumata görə İsrail tərəfindən Fələstin ərazilərinin ilhaq edilməsi planı fonunda baş tutan bu səfər çərçivəsində XİN rəhbəri Hayko Maas İsrailin baş naziri Benyamin Netanyahu ilə və müdafiə naziri Beni Qantsla görüşəcək.

İsrailin Hareets qəzeti bildirib ki, Hayko Maas bu görüşdə baş nazir Benyamin Netanyahuya Fələstin ərazilərinin ilhaqı barədə, Almaniya və Avropa İttifaqı ilə əlaqələrin gərginləşə biləcəyilə bağlı xəbərdarlıq edəcək.

Məlumata görə İsrailin qonağın Ramallaha səfər etməsini əngəlləməsinə görə XİN rəhbəri videokonfrans vasitəsilə Fələstin Muxtariyyəti rəhbərliyilə müzakirələr aparacaq.

Qeyd edək ki, Aİ-nin müvəqqəti rəhbərliyi Almaniyaya keçdiyindən, İsrail işğalda olan Fələstin ərazilərinin üzərində suverenliyini elan etməkdən ehtiyatlanır.

Please publish modules in offcanvas position.