Ukraynanın keçmiş prezidenti 10 il azadlıqdan məhrum edilə bilər

/ Cümə axşamı, 11 İyun 2020 14:02
Ukraynanın keçmiş prezidenti 10 il azadlıqdan məhrum edilə bilər

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko 10 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Bu barədə Almaniyanın “Spiegel” nəşri xəbər yayıb.

Dünən Ukrayna Baş Prokurorluğu sabiq dövlət başçısını 2018-ci ildə Sergey Semoçkonun qanunsuz olaraq Ukraynanın Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavini vəzifəsinə təyin edilməsi ilə bağlı cinayət işində ittiham edib.

Poroşenkonun özü ona qarşı başladılan cinayət işini siyasi sifariş adlandırıb.

Please publish modules in offcanvas position.