İran vurulan “Boeing” təyyarəsinin qara qutularını xaricə göndərmək qərarına gəldi

/ Cümə axşamı, 11 İyun 2020 14:26
İran vurulan “Boeing” təyyarəsinin qara qutularını xaricə göndərmək qərarına gəldi

İran tərəfi Ukraynaya məxsus, səhvən vurulmuş “Boeing” təyyarəsinin qara qutularını deşifrə üçün Parisə göndərməyə hazır olduğunu açıqlayıb.

Bu barədə “Reuters” məlumat yayıb.

Qurğuların verilməsi prosesi araşdırmada iştirak edən digər ölkələrin razılığını aldıqdan sonra baş tuta bilər.

Xatırladaq ki, “Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də Tehrandan havaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə çırpılıb.

Nəticədə, 176 nəfər həlak olub. Bir qədər sonra İran hakimiyyəti təyyarənin səhvən hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu etiraf edib.

Please publish modules in offcanvas position.