Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə edib

/ Cümə axşamı, 11 İyun 2020 15:19
Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə edib

Avropa Parlamentinin (AP) Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurandın birgə bəyanatı qəbul edilib.

İslam.az-in İnterAz-a istinadla verdiyi məlumata görə, ilk dəfədir ki, Azərbaycanın işğal edilmiş ərazilərindəki qanunsuz fəaliyyətlə bağlı AP rəsmilərinin belə bir birgə sənədi qəbul olunur və münaqişənin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunur.

Please publish modules in offcanvas position.