İraqın baş nazirindən sui-qəsd açıqlaması

/ Cümə, 12 İyun 2020 10:47
İraqın baş nazirindən sui-qəsd açıqlaması

İraqın Baş naziri Mustafa əl-Kazımi dövlət televiziyasında çıxışında ona qarşı sui-qəsd hazırlandığını elan edib.

“RİA Novosti” xəbər verir ki, baş nazir bu barədə İraq təhlükəsizik orqanlarından verilən məlumata əsasən açıqlama yayıb.

“Mosula səfər zamanı məni öldürmək planı ilə əlaqədar təhlükəsizlik qüvvələrindən hesabat aldım”, - deyə hökumət başçısı vurğulayıb.

Mustafa əl-Kazımi bu hadisəni hədə-qorxu və şantaj kimi qiymətləndirib. O əlavə edib ki, son nəfəsinədək İraq naminə çalışmaq niyyətindədir.

Please publish modules in offcanvas position.