Türkiyə ordusu PKK-ya qarşı irimiqyaslı əməliyyata başladı

/ Bazar ertəsi, 15 İyun 2020 10:50
Türkiyə ordusu PKK-ya qarşı irimiqyaslı əməliyyata başladı

Türkiyənin Hərbi Hava Qüvvələri terrorçuluğa qarşı yeni “Qartal caynağı” əməliyyatı çərçivəsində İraqın şimalında PKK-nın mövqelərinə zərbələr endirməyə başlayıb.

Bu barədə Milli Müdafiə Nazirliyi özünün “Twitter”dəki səhifəsində bildirib.

"Qartal caynağı" əməliyyatı başlandı", - nazirliyin xəbərində deyilir. Türkiyənin müdafiə qurumu bildirib ki, hərbi təyyarələr PKK-çıların gizləndiyi bazalara atəş açır. 

Qeyd edilir ki, İraqın şimalındakı Avaşin, Basyan, Hakurk, Sincar, Qəndil, Zap bölgələrində yerləşən terror obyektlərinə qarşı hərbi hava əməliyyatı təşkil olunub.

Nazirliyin açıqlamasında PKK terror qruplaşmasının son vaxtlar Türkiyəyə hücum təşəbbüslərinin artdığı vurğulanır. 

Please publish modules in offcanvas position.