ABŞ-a məxsus qırıcı Şimal dənizinə düşdü

/ Bazar ertəsi, 15 İyun 2020 16:43
ABŞ-a məxsus qırıcı Şimal dənizinə düşdü

ABŞ-a məxsus “F-15 Eagle” qırıcısı Yorkşir qraflığı sahillərinə yaxın ərazidə Şimal dənizinə düşüb.

Bu barədə “Sky News” məlumat yayıb.

Təyyarə ABŞ-ın Böyük Britaniyada yerləşən hərbi bazasından təlim uçuşu həyata keçirmək üçün havaya qalxıb. İlkin məlumatlara əsasən, təyyarənin pilotu həlak olub.

Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.

Please publish modules in offcanvas position.