Türkiyədə “koronavirusdan qorunma duası” satışa çıxarıldı

/ Çərşənbə axşamı, 16 İyun 2020 13:44
Türkiyədə “koronavirusdan qorunma duası” satışa çıxarıldı

Türkiyədə “koronavirusdan qorunma duası” satışa çıxarılıb.

Bu barədə “Show TV” kanalında yayımlanan Zahidə Yetişin verilişində bəhs edilib.

Duanın üstündə ərəbcə yazı “Axmağı yolmaq duası” (Kerizi yolma duası) kimi tərcümə olunur.

“Koronavirus duası”nın 29.90 lirəyə (təxminən 7 AZN) satıldığı bildirilir.

Vətəndaşların dini inanclarından sui-istifadə edərək, pul qazanmaq istəyənlər qınanılıb.

Please publish modules in offcanvas position.