Hindistan və Çin sərhədçiləri arasında atışma baş verib, üç hindistanlı hərbçi ölüb

/ Çərşənbə axşamı, 16 İyun 2020 15:00
Hindistan və Çin sərhədçiləri arasında atışma baş verib, üç hindistanlı hərbçi ölüb

Hindistan və Çin sərhədçiləri arasında baş verən silahlı insident nəticəsində ölən və yaralananlar var.

İslam.az İnterAz-a istinadla xəbər verir ki, bu barədə Hindistanın hərbi mənbələri məlumat verib.

Bildirilib ki, bu gün sübh iki ölkə sərhədində Galvan Vadisi bölgəsində Çin tərəfindən açılan atəş nəticəsində iki hindistanlı əsgər və bir zabit ölüb.

Qeyd edək ki, Çinlə Hindistanın 3,500 km-lik müştərək sərhədi var. Galvan vadisi son iki həftədə tərəflər arasında gərginliyin şahididir.

Please publish modules in offcanvas position.