“ABŞ Almaniyadakı əsgərlərinin sayını 25 minə qədər azaldacaq”.
“HaberGlobal”ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
D.Tramp bu addımı Almaniyanın NATO ödənişlərində səhlənkarlıq etməsi ilə əlaqələndirib.
“NATO-ya milyardlarla dollar borcu var. Onlar ödəniş etməyəcəklərsə, biz niyə orada əsgər saxlayaq?”, - deyə D.Tramp qeyd edib.