Türkiyə Silahlı Qüvvələri İraqda növbəti əməliyyata başladı

/ Çərşənbə, 17 İyun 2020 11:12
Türkiyə Silahlı Qüvvələri İraqda növbəti əməliyyata başladı

Türkiyə Silahlı Qüvvələri İraqın Haftanin bölgəsində PKK terror qruplaşmasına qarşı “Pençe-Kaplan” adlı növbəti əməliyyata başlayıb.

Bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qurumdan bildirilib ki, əməliyyat Türkiyə xalqının və sərhədlərinin təhlükəsizliyini təhdid edən PKK qruplaşması və digər terrorçu elementlərə qarşı yönəlib.

Əməliyyatda həmçinin aviasiya vasitələri, T129 ATAK helikopterləri və zərbə PUA-ları iştirak edəcək.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri iki gün əvvəl həmin bölgədə PKK terrorçularına qarşı “Pəncə-Kartal” adlı əməliyyata başlayıb.

Please publish modules in offcanvas position.