Honduras prezidenti koronavirusa yoluxdu

/ Çərşənbə, 17 İyun 2020 11:17
Honduras prezidenti koronavirusa yoluxdu

Honduras Prezidenti Xuan Orlando Ernandes və həyat yoldaşı koronavirusa yoluxub.

“RİA Novosti” xəbər verir ki, dövlət başçısı bu barədə NSN telekanalında çıxışı zamanı deyib.

“Ölkə prezidenti və məsuliyyətli vətəndaş olaraq bildirmək istəyirəm ki, həftəsonu özümü yaxşı hiss etmirdim. Bu gün isə COVID-19 virusuna yoluxduğumu bildirdilər”, - deyə O.Ernandes bildirib.

Prezident əlavə edib ki, o, vəzifələrini kənardan icra edəcək və həyat yoldaşı ilə təcrid rejiminə keçəcəklər.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.