Dünən Rusiyanın paytaxtı Moskvada iki rus ana-bala göldə batarkən xilas olunub.
İslam.az Day.Az-a istinadən xəbər verir ki, paytaxtın Lyublino rayonunda göl ətrafında öz övladı ilə gəzintidə olan azərbaycanlı xanım Elnurə Novruzova göldə ana-balanın batdığını görüb. O, övladını sahildə qoyaraq gölə tullanıb və onları xilas edib. Hadisənin dünən saat 18-00 da baş verdiyi deyilir.
Hazırda Moskva şəhərinin Lyublino rayon Administrasiyası prezident Vladimir Putinə təqdimat ünvanlayıb. Rayon sakinləri Elnurə Əhməd qızı Novruzovanın "Rusiya qəhrəmanı" adına layiq görülməsi təşəbbüsü ilə çıxış ediblər.