Çin əsir götürdüyü Hindistan əsgərlərini azad etdi

/ Cümə, 19 İyun 2020 10:55
Çin əsir götürdüyü Hindistan əsgərlərini azad etdi

Çin üç gün əvvəl Hindistanla sərhəd toqquşmalarının gedişatında bu ölkənin əsir götürdüyü on hərbi qulluqçusunu azad edib.

Bu barədə təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən “Hindu” qəzeti bildirib.

Qəzetin məlumatına görə, hind hərbçiləri cümə axşamı Hindistan və Çinin hərbi komandanlıq nümayəndələrinin danışıqlarının nəticəsinə görə azad ediliblər.

Aralarında polkovnik-leytenant və üç mayor olan hərbçilər sağ-salamat qaytarılıb. Komandanlıq qeyd edib ki, Hindistan əsgərlərindən heç biri itkin düşməyib.

İki ölkə arasında gərginliyin yeni mərhələsi bazar ertəsi axşam Qalvan vadisində toqquşmadan sonra başlayıb. Hindistan ordusu nümayəndəsinin məlumatına görə, Ladakhedə, Qalvan vadisi ərazisində Çin hərbçiləri ilə toqquşmanın gedişatında Hindistan ordusunun bir zabiti və iki əsgəri həlak olub.

Bundan sonra mənbəyə istinadən ANI agentliyi bildirib ki, Hindistan tərəfindən 20 hərbçi həlak olub, Çin tərəfindən 43 nəfər xəsarət alıb. Bu siyahıya həlak olanlar da daxildir.

Please publish modules in offcanvas position.