Bu il Həcc ziyarəti baş tutmaya bilər

/ Bazar ertəsi, 22 İyun 2020 14:11
Bu il Həcc ziyarəti baş tutmaya bilər

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərlər baş tutmaya bilər.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, pandemiya dövrü ilə əlaqədar olaraq, Səudiyyə Ərəbistanından Həcc ziyarəti ilə bağlı hər hansı münasibət bildirilməyib. Lakin müraciət proseduru və tələb olunan zaman nəzərə alınarsa, böyük ehtimalla bu il Həcc ziyarəti qeyri-mümkün olacaq.

Ölkədə sərtləşdirilmiş karantin rejiminin tətbiqini nəzərə alsaq, iyun ayının sonuna qədər sənəd qəbulu bərpa olunarsa, Həcc ziyarəti baş tuta bilər. Hazırda koronavirus səbəbindən həm ölkəmizdə, həm də Səudiyyə Ərəbistanında karantin rejimi tətbiq olunur və belə bir şəraitdə bu prosedurların həyata keçirilməsi mümkünsüz görünür.

Xatırladaq ki, Azərbaycanda karantin rejimi elan edilənə qədər Həcc ziyarətinə getmək üçün 250-dən çox şəxs müraciət edib. Martın 24-dən isə Həcc ziyarətinə sənəd qəbulu dayandırılıb.

Please publish modules in offcanvas position.