Afrikada koronavirusa yoluxanların sayı 300 mini ötdü

/ Bazar ertəsi, 22 İyun 2020 17:52
Afrikada koronavirusa yoluxanların sayı 300 mini ötdü

Afrika ölkələrində COVID-19-a yoluxma hallarının sayı 303 371-ə yüksəlib.

“RİA Novosti” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının regional nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, Afrikada koronavirusdan indiyədək 7 999 nəfər ölüb.

Bu materik üzrə COVID-19-a ən çox Cənubi Afrika Respublikasında (97 302 nəfər) yoluxma qeydə alınıb. Sonrakı yerdə Misir (53 758) gəlir. Misirdə 2 106 nəfər, CAR-da 1 930 nəfər, Əlcəzairdə 845 nəfər koronavirusun qurbanı olub.

Please publish modules in offcanvas position.