Bağdad hava limanı raket atəşinə tutulub

/ Çərşənbə axşamı, 23 İyun 2020 14:53
Bağdad hava limanı raket atəşinə tutulub

Bağdad beynəlxalq hava limanının ərazisi raket hücumuna məruz qalıb. İslam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə "Reuters" agentliyinə hərbi mənbə məlumat verib.

Onun sözlərinə görə, raketlər Bağdadın qərbində yerləşən yaşayış məntəqəsindən atılıb.

Vurulan ziyanla bağlı məlumat verilməyib.

Hücumun arxasında hansı qüvvələrin dayandığı hələ məlum deyil.

Please publish modules in offcanvas position.