Suriya üzrə Soçi razılaşmasının imzalandığı 22 oktyabr 2019-cu ildən bugünkü günə qədər PKK-nın Suriya qolu olan YPG-nin "Sülh çeşməsi" əməliyyatının keçirilməsi zonasına girməyə çalışmış 998 terrorçusu Türkiyə hərbçiləri tərəfindən zərərsizləşdirilib.
”Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Nazirlikdə həmçinin diqqəti Tall-Rıfat ərazisindən Türkiyə Silahlı Qüvvələrinin Suriyadakı iki əməliyyatının keçirilməsi zonasına olan təhdidə cəlb ediblər. Qeyd edilir ki, Tall-Rıfat ərazisindən təchiz olunan PKK/YPG terrorçuları “Fərat qalxanı” və “Zeytun budağı” antiterror əməliyyatı zonalarını bir ay ərzində 62 dəfə atəş açıb.
Nazirliyin məlumatına görə, terror qruplaşmasının həmin zonaya atəş açan 10 silahlısı zərərsizləşdirilib.