Vaşinqtonda maska taxmaq məcburi olacaq

/ Çərşənbə, 24 İyun 2020 12:17
Vaşinqtonda maska taxmaq məcburi olacaq

ABŞ-ın Vaşinqton ştatında iyunun 26-dan etibarən maska taxmaq məcburi olacaq.

Bu barədə ştatın qubernatoru Cey İnsli “Twitter” hesabında yazıb.

O, sosial məsafəni saxlamaq mümkün olmadığı təqdirdə, maskaların həm qapalı məkanlarda, həm də açıq havada taxılmasının lazım olduğunu bildirib.

“Biz COVID-19-un Vaşinqtonda hazırda olduğu kimi yayılmasına imkan verə bilmərik”, - deyə C.İnsli bildirib.

Please publish modules in offcanvas position.