Səudiyyə Ərəbistanı Həcc ziyarətinin qaydalarını açıqladı

/ Çərşənbə, 24 İyun 2020 12:21
Səudiyyə Ərəbistanı Həcc ziyarətinin qaydalarını açıqladı

Səudiyyə Ərəbistanı COVID-19 səbəbi ilə bu il sadəcə ölkə əhalisi üçün baş tutacaq Həcc ziyarətinin qaydalarını açıqlayıb.

Qaydalara əsasən, bu il ziyarətdə iştirak edənlər 10 mindən çox olmayacaq. Ziyarətçilər xroniki xəstəlikləri olmayan, 65 yaşdan aşağı şəxslər olmalıdır.

Ziyarətdən əvvəl bütün insanlar koronavirus testindən keçməli, ziyarət bitəndən sonra isə 14 gün evlərində karantində qalmalıdırlar.

Fövqəladə vəziyyət üçün bir xəstəxana hazır vəziyyətdə olacaq.

Please publish modules in offcanvas position.