Tramp koronavirusa yeni ad qoyulmasını təklif etdi

/ Çərşənbə, 24 İyun 2020 12:25
Tramp koronavirusa yeni ad qoyulmasını təklif etdi

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə öz çıxışında koronavirusun Çində qeydə alındığına işarə edib.

Bu barədə “Daily Mail” agentliyi məlumat yayıb.

Tramp Arizona ştatında seçkiöncəsi mitinqdə bildirib ki, yeni növ koronavirusa 19 ad vermək mümkündür:

“Virusa  “Uhan”, “Kung-fu” və digər adları qoya bilərik. Kimsə koronavirusu “Çin qripi” adlandırır. Amma biz (pandemiyadan sonra - red.) daha güclü olacağıq”, - deyə D.Tramp çıxışında deyib.

Please publish modules in offcanvas position.