HƏMAS lideri İsrailın ilhaq planı ilə bağlı müsəlman dünyasının 120 simasına çağırış edib

/ Çərşənbə, 24 İyun 2020 14:40
HƏMAS lideri İsrailın ilhaq planı ilə bağlı müsəlman dünyasının 120 simasına çağırış edib

HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmail Həniyyə 120 ərəb və müsəlman simasına müraciət edib.

İslam.az İnterAz-a istinadən xəbər verir ki, bu barədə “əl-Xəlic əl-Cədid” xəbər portalı məlumat verib.

Bildirilib ki, HƏMAS lideri İsrailin Fələstinin işğal edilmiş əraziləri üzərində suverenliyini elan etməsilə bağlı ərəb və müsəlman ölkələrinin 120 simasına müraciət edərək, işğalçı dövlətin ilhaq planı barədə hərəkətə keçməyə çağırıb.

Bu müraciətdə 120 müsəlman simasından tələb edilib ki, İsraillə əlaqələrin normalaşdırılması tendensiyası qarşısında da lazımi addımlar atsınlar.

Qeyd edək ki, İsrail yaxın zamanlarda işğal edilən İordan çayının qərb sahilindəki İordan vadisinin və sonradan salınan 121 massivin üzərində suverenliyini elan etməyi planlaşdırır. Adıçəkilən ərazilər ABŞ prezidenti Donald Trampın "Əsrin Sazişi" planında da İsrailin ərazisi kimi təqdim edilib.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.