ÜST: Dünyada koronavirusdan ölənlərin sayı 473 mini ötdü

/ Cümə axşamı, 25 İyun 2020 10:52
ÜST: Dünyada koronavirusdan ölənlərin sayı 473 mini ötdü

Dünyada koronavirusa yoluxanların ümumi sayı 9,1 milyon nəfəri keçib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

ÜST-ün məlumatına görə, son bir gündə dünyada COVID-19-a 135 mindən çox yoluxma aşkar edilib.

Təşkilat qeyd edib ki, ötən sutkada təhlükəli infeksiyadan daha 4 187 ölüm qeydə alınıb. Koronavirusdan ölən pasiyentlərin ümumi sayı 473 797 təşkil edir.

Rəsmi statistikaya əsasən pandemiya ərzində dünyada COVID-19-a yoluxanların sayı 9 129 146 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Please publish modules in offcanvas position.