İsrail kəşfiyyatının İraqa gizli səfər etdiyi üzə çıxıb

/ Cümə axşamı, 25 İyun 2020 15:23
İsrail kəşfiyyatının İraqa gizli səfər etdiyi üzə çıxıb

18 iyun cümə axşamı günü İsrail kəşfiyyatının rəhbəri Yossi Kohen İraqdakı Ayn-ul Əsəd hərbi bazasını məxfi ziyarət edib. Kohen burada ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (Centcom) liderlərindən olan general Skot Makkeyn ilə görüşüb.

İslam.az İnterAz-a istinadla xəbər verir ki, bu barədə xəbəri “Baladnaelyoum” qəzeti yayıb.

Xəbər ilk dəfə ABŞ-ın “Defence One” informasiya saytı tərəfindən işıqlandırılıb. Daha çox hərb xəbərləri ilə gündəmə gələn xəbər saytının məlumatına görə, İsrail kəşfiyyatçısı Küveyt və BƏƏ kimi bölgədəki bəzi ərəb ölkələrinə səfəri zamanı gizlicə İraqdakı ABŞ hərbi bazasını da ziyarət edib. Bu səfərlərin ərəb ölkələri liderlərinin strategiyalarının dəyərləndirilməsi məqsədi daşıdığı güman edilir.   

“Amerikalılar İranın raket atışından sonra İraqdakı Ayn-ul Əsəd hərbi bazasında müdafiəni gücləndirmək istəyirlər. Bununla bağlı, İranın bombardmanı səbəbilə zəifləyən hərbi bazaya ziyarətlər təşkil edilir”, - deyə xəbərdə bildirilir.

Please publish modules in offcanvas position.