Türkiyə ordusunun əsgəri şəhid olub

/ Şənbə, 27 İyun 2020 10:57
Türkiyə ordusunun əsgəri şəhid olub

Türkiyənin Milli Müdafiə Nazirliyinin İraqın şimalında keçirdiyi “Pençe–Kartal” (Qartal pəncəsi) əməliyyatı çərçivəsində baş verən atışma zamanı 1 türk əsgəri şəhid olub.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi xəbər verir. 

Qeyd edilir ki, əməliyyat zamanı 2 terrorçu zərərsizləşdirilib.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri artıq bir neçə həftədir İraqda “Pençe–Kartal” (Qartal pəncəsi) əməliyyatı keçirir. 

Please publish modules in offcanvas position.