Türkiyə Liviya sularında «itən iki sualtı qayığ»ı məsələsinə münasibət bildirib

/ Bazar ertəsi, 29 İyun 2020 16:12
Türkiyə Liviya sularında «itən iki sualtı qayığ»ı məsələsinə münasibət bildirib

Türkiyə Liviya sularında iki sualtı qayığı ilə əlaqənin kəsilməsi və onların itməsi iddialarını təkzib edib.

İslam.az İnterAz-a istinadla xəbər verir ki, Türkiyənin rəsmi informasiya agentliyi “Andolu” Liviya sularında iki “sualtı qayığının itməsi” haqda məlumat dərc edib və bu iddiaların əsassız və yalan olduğunu bildirib.

Bildirilib ki, Türkiyənin Liviya sularında sualtı qayıqları ilə əlaqənin kəsilməsi və onların itməsi xəbəri, bir sıra ərəb dövlətlərində Türkiyəyə qarşı ədavət hisslərindən qaynaqlanaraq yayımlanıb.

Qeyd edək ki, cari ayın 8-dən başlayaraq sözügedən xəbər bir sıra ərəb KİV-lərində tirajlanmağa başlayıb. Bu məlumatda iddia edilir ki, Rusiya və Misir sualtı qayıqlarından parazitlərin buraxılmasından sonra Liviya sularında olan bir Türkiyə sualtı qayığı ilə əlaqə kəsilib və onun yardımına gedən ikinci qayıqla da əlaqələrin bərpası mümkün olmayıb.

Please publish modules in offcanvas position.