Tramp ABŞ hərbçilərinin Almaniyadan çıxarılması planını təsdiqləyib

/ Çərşənbə, 01 İyul 2020 10:45
Tramp ABŞ hərbçilərinin Almaniyadan çıxarılması planını təsdiqləyib

ABŞ prezidenti Donald Tramp Almaniyadan Pentaqonun 9,5 min hərbçisinin çıxarılması üzrə planı təsdiq edib.

Bu barədə Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffman özünün “Twitter”dəki hesabında bildirib.

Onun sözlərinə görə, bu addım Rusiyanın qarşısının alınmasına və NATO-nun möhkəmlənməsinə yönəldilib. Bu tədbir ölkəni yenidən Amerika müttəfiqlərinin dəstəyi ilə təmin etməyə, həmçinin Avropada ABŞ-ın strateji və operativ zirəkliyini yaxşılaşdırmağa kömək etməlidir.

ABŞ-ın Müdafiə Nazirliyi yaxın vaxtlarda mövzu üzrə Senatın ixtisas komitələrində brifinqlər, sonra isə NATO üzrə məsləhətləşmələr keçirəcək.

Daha əvvəl Tramp Almaniyada Amerika qoşunlarının saxlanılmasına şərt kimi AFR-in müdafiə xərclərinin artımını göstərib. O, həmçinin Almaniyanın NATO-nun hərbi büdcəsi haqqında razılıqları pozmasından şikayətlənib. 

Please publish modules in offcanvas position.