İslamın Bosniyada yayılması hər il qeyd edilir

/ Çərşənbə, 01 İyul 2020 15:28
İslamın Bosniyada yayılması hər il qeyd edilir

Bosniya və Herseqovina müsəlmanları hər il müqəddəs İslam dininin bu ölkəyə gəlişi və yayılmasını bayram festivalı il qeyd edirlər.

İslam.az Ahlibeyt.az-a istinadən verdiyi məlumata görə, bu bayram festivalında Bosniya müsəlmanları çox izdihamlı şəkildə iştirak edirlər.

Bosniyalılar bu festivalı "Eyvaz Dədə" adı ilə keçirirlər. Onların inancına görə 511 il öncə Türkiyənin Bektaşiyyə təriqətinə mənsub bir nəfər dərviş Bosniyada İslam dinini yayıb.

Bu il də Bosniyanın Prusac əyalətində həmin dərvişin adına keçirilən "Eyvaz Dədə" festivalı yeddi gün davam edib.

Please publish modules in offcanvas position.