Honkonq polisi 180-dən çox etirazçını saxlayıb

/ Çərşənbə, 01 İyul 2020 16:04
Honkonq polisi 180-dən çox etirazçını saxlayıb

Honkonq polisi bu gün qanunsuz etiraz aksiyalarının 180-dən çox iştirakçısını saxlayıb.

İslam.az “Report”-a istinadən xəbər verir ki, bu barədə yerli polisdən məlumat veriblər.

“180-dən çox insan qanunsuz toplaşmaqda, xuliqanlıqda, soyuq silah saxlamaqda və digər əlaqəli cinayətlərdə iştirak etdiyinə görə saxlanılıb. O cümlədən 7 nəfər milli təhlükəsizlik qanununu pozduğuna görə tutulub. Həbslər davam edir”, - polisin “Twitter” hesabında yayımladığı məlumatda deyilir.

Qeyd edək ki, bu gün yüzlərlə nümayişçi Çin parlamenti tərəfindən qəbul edilmiş “Milli təhlükəsizliyin təmin edilməsi haqqında” qanuna etiraz olaraq Kozuey bey ticarət və əyləncə rayonuna toplaşıb. Onlar zibil qablarını dağıdıb və yandırıb, nəqliyyat vasitələrinin hərəkətinə maneə törətməyə çalışıblar. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçiləri dağıtmaq üçün əməliyyatı davam etdirir. Bu məqsədlə gözyaşardıcı qaz, rezin güllələr və su şırnaqlarından istifadə edilir.

Əlavə edək ki, Ümumçin Xalq Nümayəndələri Məclisinin (ali qanunverici orqan) Daimi Komitəsi iyunun 30-da Honkonqda “Milli təhlükəsizliyin təmin edilməsi haqqında” qanun qəbul edib. Qərbin və Honkonq müxalifətinin kəskin tənqidinə səbəb olan hüquqi akt elə həmin gün axşam qüvvəyə minib. O, Honkonqda milli təhlükəsizliyə təhdid yaradan fəaliyyətlərin – separatizm, terrorizm, dövlət hakimiyyətinin pozulması və xarici qüvvələrlə əlbir olmağın qarşısını almaq məqsədi güdür. Bu cür fəaliyyətlərə görə ömürlük azadlıqdan məhrumetmə şəklində ən ağır cəza nəzərdə tutulub. Bundan əlavə, qanun Honkonqda Çinin təhlükəsizlik orqanlarının yaradılmasını nəzərdə tutur.

 

Please publish modules in offcanvas position.