Türkiyənin Aya Sofya qərarına Afinadan reaksiya

/ Cümə axşamı, 02 İyul 2020 16:45
Türkiyənin Aya Sofya qərarına Afinadan reaksiya

Aya Sofya ümumdünya irsi abidəsidir.

İslam.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Yunanıstan hökumətinin sözçüsü Stelios Petsas deyib.

“ABŞ Dövlət Departamenti də daxil olmaqla, bir çox ölkələr Türkiyə ilə xristianlar arasında böyük bir emosional uçurumun yaranmaması üçün bu ölkəyə xəbərdarlıq edib”, - sözçü bildirib.

Qeyd edək ki, bu gün Aya Sofyanın məsciddən muzeyə çevrilməsinə dair 1934-cü ildə qəbul edilən qərarın ləğv olunması ilə bağlı məhkəmə prosesi başa çatıb. Yekun qərar 15 gün ərzində elan ediləcək.

Please publish modules in offcanvas position.