Daha bir Avropa dövləti İsraillə Fələstin arasında vasitəçiliyə başlayıb

/ Cümə, 03 İyul 2020 15:44
Daha bir Avropa dövləti İsraillə Fələstin arasında vasitəçiliyə başlayıb

İsveçrə rəhbərliyi vasitəçilik məqsədilə İsrail və Fələstin rəsmilərilə bağlantılar qurublar.

İslam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə əl-Qüds əl-Ərəbi qəzeti məlumat verib.

Bildirilib ki, Amerikanın Qüdsü İsrailin paytaxtı elan etməsindən və Fələstinlilərin rəsmi Vaşinqtonla danışıqları dayandırmasından sonra bir sıra Avropa ölkələri o cümlədən Fransa vasitəçilik etməyə cəhd ediblər.

Əl-Qüds əl-Ərəbi qəzeti İsrail mətbuatına istinadla xəbər verir ki, son zamanlarda İsveçrə də vasitəçilik rolunu öhdəsinə götürməyə çalışıb.

Əlavə edilib ki, İsveçrə rəsmiləri son zamanlarda həm Fələstin və həm də İsrail rəsmilərilə vasitəçilik etmək məqsədilə bağlantılar qurublar.

Qeyd edək ki, ABŞ-ın Qüdslə bağlı addımlarından sonra və Trampın bir sıra Fələstin ərazilərini İsrailinki kimi təqdim etməsindən sonra, muxtariyyət rəsmi Vaşinqtonu vasitəçi kimi qəbul etməyəcəyini bildirib.

 

Please publish modules in offcanvas position.