Pakistanda qatar zəvvarları daşıyan avtobusla toqquşub, 19 nəfər ölüb

/ Cümə, 03 İyul 2020 15:56
Pakistanda qatar zəvvarları daşıyan avtobusla toqquşub, 19 nəfər ölüb

Pakistanın Pəncab əyalətində qatar siqh zəvvarlarını daşıyan avtobusla toqquşub.

İslam.az APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə bu gün Geo TV telekanalı məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində ən azı 19 zəvvar ölüb.

İlkin məlumata görə, qəzaya avtobusun sürücüsünün yol hərəkəti qaydalarını pozması səbəb olub.

Xəstəxanaya yerləşdirilən yaralıların sayı dəqiqləşdirilir.

Please publish modules in offcanvas position.