4 ölkədən İsrailə sərt mesaj

/ Çərşənbə axşamı, 07 İyul 2020 16:40
4 ölkədən İsrailə sərt mesaj

Almaniya, Fransa, İordaniya və Misir İsrailin ilhaq planına qarşı birgə bəyanat yayıb.

Bəyanatda Fələstin torpağının bir qarış ilhaqının beynəlxalq hüququn pozulması mənasını verdiyi bildirilib.

“Bu, sülh prosesini təhlükəyə atacaq. Həmçinin, belə bir addım bölgənin təhlükəsizliyi və sabitliyi üçün ciddi nəticələrə yol aça, gələcəkdə İsrail ilə mövcud münasibətlərə təsir göstərə bilər”, - bəyanatda bildirilib.

Please publish modules in offcanvas position.