Əfqanıstanda partlayış törədilib, 3 nəfər ölüb

/ Çərşənbə axşamı, 07 İyul 2020 17:13
Əfqanıstanda partlayış törədilib, 3 nəfər ölüb

Əfqanıstanda terrorçu-kamikadzenin avtomobili partlatması nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

“1TV News” telekanalı xəbər verir ki, bunu Nanqahar əyaləti başçısının nümayəndəsi Attaullah Xoqiani bildirib.

Onun sözlərinə görə, partlayış nəticəsində hüquq-mühafizə orqanlarının 3 əməkdaşı ölüb, 5 polis yaralanıb.

Hələlik partlayışın məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.

Please publish modules in offcanvas position.