Jurnalistlər Braziliya prezidentini məhkəməyə verəcəklər

/ Çərşənbə, 08 İyul 2020 14:21
Jurnalistlər Braziliya prezidentini məhkəməyə verəcəklər

Braziliya mətbuat assosiasiyası (ABI) jurnalistlərlə görüş zamanı onları koronavirusa yoluxma təhlükəsi qarşısında qoyduğu üçün COVID-19 virusuna yoluxduğunu bildirən Braziliya prezidenti Jair Bolsonarunu məhkəməyə verməyi düşünür.

İslam.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABI-nin internet səhifəsində məlumat yerləşdirilib.

Çərşənbə axşamı Bolsonaru yeni növ koronavirus üçün verdiyi testin pozitiv çıxdığını bəyan etmişdi. Prezident şəxsən jurnalistlərin qarşısına çıxmış, öz səhhəti və testin nəticəsi barədə məlumat vermişdi. Bolsonaru və ətrafındakı reportyorlar maska taxsalar da, prezident sosial məsafə şərtinə riayət etməmişdi. Söhbətin sonunda jurnalistlərdən bir neçə metr kənara çəkilən Bolsonaru özünü yaxşı hiss etdiyini göstərməyə çalışmışdı.

Please publish modules in offcanvas position.