İran vurulan “Boeing”lə bağlı təklifdən imtina edib

/ Cümə axşamı, 09 İyul 2020 14:15
İran vurulan “Boeing”lə bağlı təklifdən imtina edib

Rəsmi Tehran Kiyevin “Ukrayna Beynəlxalq Hava Yolları”nın vurulan “Boeing” təyyarəsi üçün təzminat ödənməsi ilə bağlı danışıqlara başlamaq təklifindən imtina edib.

Bunu “BBC Ukrayna”ya müsahibəsində Ukrayna Xarici İşlər nazirinin müavini Yevgeni Yenin bildirib.

“Bizə Tehrandan məlumat daxil olub ki, İran tərəfi Kiyevin danışıqlarla bağlı təklifini qəbul etməyə hazır deyil”, - deyə, Y.Yenin bildirib.

Ukrayna XİN rəsmisi bildirib ki, hər şey İranın iradəsindən asılıdır. Hələlik Ukrayna məsələni BMT-nin beynəlxalq məhkəməsinə çıxarmaq niyyətində deyil.

Please publish modules in offcanvas position.