Avropa Birliyi gərək Türkiyənin ittifaqa qəbulu ilə bağlı danışıqları dayandırsın. Bu, tarixi səhvdir.
İslam.az Axar.az-a istinadla xəbər verir ki, bunu AB-nin ən böyük partiyası olan Avropa Xalq Partiyasının sədri Manfred Veber deyib.
“Tükiyənin qəbulu haqqında danışıqlar tarixi səhv oldu. Bu, ölkəni Avropa Birliyinə yaxınlaşdırmadı. Biz gərək Türkiyənin AB-yə qəbulu ilə bağlı danışıqları dayandıraq və bu ölkə ilə münasibətlərimizin yeni leqal əsaslarını hazırlayaq”, – deyə o bildirib.