İsrail qüvvələri işğal edilən ərazilərdə 14 fələstinlini həbs ediblər

/ Cümə axşamı, 09 İyul 2020 15:26
İsrail qüvvələri işğal edilən ərazilərdə 14 fələstinlini həbs ediblər

İsrail qüvvələri işğal edilən İordan çayının qərb sahili və Şərqi Qüdsdə 14 fələstinlini həbs edib.

SalamNews bu barədə Fələstin Media Mərkəzinin rəsmi saytına istinadla xəbər verir.

Bildirilib ki, İsrail qüvvələri ötən gecə və bu gün sübh İordan çayının qərbində bir sıra bölgələrdə basqınlar həyata keçirərək, 14 fələstinlini həbs edib.

Həbs edilənlər arasında Hüseyn Əbu-Kveyk və Camal əTuveyl adlı iki HƏMAS fəali da var.

İsrail qüvvələri Fələstinin Birzeit Universitetinin bir neçə oğlan vı qız tələbəsini də saxlayıb.

Qeyd edək ki, İsrail 1967-ci ildən işğalda olan İordan çayının qərb sahilində İordan vadisinin üzərində və habelə sonradan salınan 131 massivin üzərində suverenliyini elan etməyə çalışır.

Please publish modules in offcanvas position.