Əfqanıstan hökuməti və Taliban sərbəst buraxılan adamlarının sayını açıqlayıblar

/ Cümə axşamı, 09 İyul 2020 16:26
Əfqanıstan hökuməti və Taliban sərbəst buraxılan adamlarının sayını açıqlayıblar

Əfqanıstan hökuməti Talibanın 4,019 Taliban isə hökumət adamlarından 737 nəfəri azad edib.

İslam.az bu barədə İnterAz-a istinadla xəbər verir.

Bildirilib ki, Əfqanıstan hökuməti Taliban üzvlərindən 4,019 silahlını sərbəst buraxıb.

Taliban isə bunun qarşılığında hökumət tərəfindən əsir götürülmüş və ya oğurlanmış 737 nəfəri azad edib.

Əlavə edilib ki, Əfqanıstan hökuməti yerdə qalan Talibançılardan hərəkatın istədiyi adamları deyil başqalarını azad etmək niyyətindədir.

Eləcə də eyni irad hökumət tərəfindən ünvanlanıb. Belə ki, hökumət tərəfi azad edilənlərin bir qisminin adi mülki şəxslər olduğunu bildirir və onların hökumət adamları kimi qələmə verilməsini rədd edir.

Qeyd edək ki, Taliban mart ayında ABŞ-la sülh sazişi imzalayandan sonra əcnəbi qüvvələrə hücumu dayandırıb. Taliban Əfqanıstandaxili danışıqların başlaması üçün 5 min məhbusun azadlığını tələb edib.

 

Please publish modules in offcanvas position.