Əfqanıstanda 30-a yaxın Gürcüstan hərbçisi koronavirusa yoluxub

/ Cümə, 10 İyul 2020 11:04
Əfqanıstanda 30-a yaxın Gürcüstan hərbçisi koronavirusa yoluxub

Əfqanıstanda NATO-nun sülhməramlı missiyasında iştirak edən Gürcüstanın 28 hərbçisində koronavirus təsdiqlənib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi qulluqçular xüsusi aviareyslə Gürcüstana gətiriliblər. Onlar Qori Hərbi Hospitalında müalcə olunurlar və hazırkı vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Please publish modules in offcanvas position.