"Shafaqna" saytı Azərbaycan dilində də fəaliyyətə başladı

/ Şənbə, 11 İyul 2020 13:48
"Shafaqna" saytı Azərbaycan dilində də fəaliyyətə başladı

 İslam dünyasının proseslərini işıqlandıran çoxdilli “Shafaqna” saytı Azərbaycan dilində də fəaliyyətə başlayıb.

İslam.az SalamNews-a istinadla xəbər verir ki, “Shafaqna” saytının Azərbaycan dili redaksiyasının ofisi Gürcüstanın paytaxtı Tiflisdə yerləşir.

Məlumata görə, jurnalist Ramin Bayramov Az.shafaqna.com -un yazı işləri müdiri, Emin Səmədov isə saytın Azərbyacan Televiziya və Video layihələr üzrə mütəxəssisi, video və sosial şəbəkə işləri üzrə məsul işçisi təyin olunub.

“Alulbayt Gürcüstan”ın rəhbəri, müctəhid Ayətullah Seyid Əli Sistaninin tam səlahiyyətli vəkili Ayətullah Şəhristaninin Gürcüstan təmsilçisi Hacı Faiq yeni addımla bağlı bildirib ki, resursun istər Gürcüstan, istər Azərbaycan, istərsə də İslam dünyası və dünya xəbərləri ilə izləyicilərin diqqətini çəkəcəyini düşünür.

Please publish modules in offcanvas position.