Türkiyə hərbçisi şəhid oldu

/ Bazar ertəsi, 13 İyul 2020 10:55
Türkiyə hərbçisi şəhid oldu

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi “Pəncə-Qaplan” antiterror əməliyyatı zamanı terrorçularla hərbçilər arasında atışma olub.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, atışma zamanı Türkiyə ordusunun bir hərbçisi şəhid olub, üç terrorçu məhv edilib.

Şəhid hərbçi Samsunda anadan olan piyada qoşunlarında xidmət göstərmiş çavuş Ethəm Dəmircidir.

Please publish modules in offcanvas position.