Türkiyə və Rusiya hərbi polis qüvvələri İdlibdə post patrul zamanı şiddətli partlayışa mətuz qalıblar. Yaralananlar var.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı Sülh Mərkəzi bəyanat verib.
Bildirilib ki, bu gün İdlibdə birgə post partul zamanı radikal qruplaşmalar tərəfindən quraşdırılan bombanın işə salınması nəticəsində güclü partlayış baş verib.
Rusiya və Türkiyə hərbi polis qüvvələrindən yaralananların olduğu bildirilib.