Təmirdən sonra Həzrət Zeynəbin (s.ə) hərəmi yenidən ziyarətə açıldı

/ Çərşənbə axşamı, 14 İyul 2020 15:14
Təmirdən sonra Həzrət Zeynəbin (s.ə) hərəmi yenidən ziyarətə açıldı

Təmir və yenidənqurma işləri üçün keçən həftənin sonunda bağlanan Həzrət Zeynəbi-Kübranın (s.ə) ziyarətgahı yenidən mühəndislərin səyləri ilə zəvvarlar üçün açılıb.

İslam.az Deyerler.org-a istinadla xəbər verir ki, Həzrət Zeynəbi-Kübranın (s.ə) ziyarətgahının bir neçə gündür bağlı olduğu üçün, 12 iyul gecə namazı vaxtı bir qrup zəvvar namaz qılmaq və ziyarət etmək üçün müqəddəs ziyarətgaha girib.

Həmçinin, zəvvarların sağlamlığını qorumaq üçün ziyarətgahın girişlərində insanlar girməzdən əvvəl əllərini dezinfeksiya etmək üçün dezinfeksiyaedici maddələrdən istifadə edib.

Please publish modules in offcanvas position.