Türkiyə PUA-ları Ermənistanla sərhəddə uçuşlar keçirdi (FOTO)

/ Çərşənbə, 15 İyul 2020 15:39
Türkiyə PUA-ları Ermənistanla sərhəddə uçuşlar keçirdi (FOTO)

Türkiyə Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatları (PUA) Türkiyə-Ermənistan sərhədində nəzarət uçuşları keçirib. 

İslam.az HİT.az-a istinadla xəbər verir ki, bu barədə məlumat “Twitter”də yayılıb.

Nəzarət uçuşlarına adi PUA-larla yanaşı, silahlı PUA-lar da qatılıb. 

Qeyd edək ki, Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102 saylı hərbi bazasının helikopterləri iki gündür Ermənistan – Türkiyə sərhədi boyu keşikçi uçuşları həyata keçirir.

Please publish modules in offcanvas position.