«Əshabi Kəhf» İraqda ABŞ hərbi karvanına hücum etdiyini bildirib

/ Cümə axşamı, 16 İyul 2020 16:35
«Əshabi Kəhf» İraqda ABŞ hərbi karvanına hücum etdiyini bildirib

İraqda varlığını yeni elan edən “Əshabi Kəhf” qrupu ABŞ qüvvələrinə hücum etdiyini bildirib.

SalamNews İraq mətbuatına istinadla xəbər verir ki, varlığını yeni elan edən “Əshabi Kəhf” qrupu ölkənin Samirra şəhəri yolunda bir ABŞ karvanını hədəfə aldığını bildirib.

Əlavə edilib ki, Səlahəddin əyalətinin Mukayşifiyyə bölgəsində ABŞ qüvvələrinə lojestik dəstəyi aparan hərbi karvanı hədəfə alıb.

ABŞ tərəfi isə iki gün öncəki hücumda hərbi karvanı yolunda bir quraşdırılmış bombanın işə salındığını və tələfatın olmadığını bəyan edib.

İraqda varlığını yeni elan edən “Əshabi Kəhf” qrupu ilk dəfə aprel ayında ABŞ qüvvələrinə qarşı əməliyyatı haqda bəyanat vermişdi. Bu qrup özünü ABŞ-a qarşı müqavimət cəbhəsinin tərkib hissəsi hesab edir.

 

Please publish modules in offcanvas position.