Qaiser Navab: “Pakistan qardaş ölkə Azərbaycan üçün əlindən gələn heç nəyi əsirgəməz”

/ Cümə axşamı, 16 İyul 2020 16:43
Qaiser Navab: “Pakistan qardaş ölkə Azərbaycan üçün əlindən gələn heç nəyi əsirgəməz”

“Pakistan dünyada sülhün bərqərar olmasında mühüm rol oynayıb”.

İslam.az APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəkili Qaiser Navab “Twitter”də bildirib.

Onun sözlərinə görə, Pakistan hər zaman münaqişələrin danışıqlar və dialoq vasitəsilə həllinin tərəfdarı olub və dəstəkləyib: “Biz Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz regionuna hücumunu qətiyyətlə pisləyir, azərbaycanlı bacı-qardaşlarımıza, eləcə də Azərbaycan hökumətinə başsağlığı verir və yaralılara şəfa diləyirik”.

 

Please publish modules in offcanvas position.