Türkiyənin siyasi partiyaları Ermənistanı qınayan bəyanat yaydı

/ Cümə, 17 İyul 2020 10:35
Türkiyənin siyasi partiyaları Ermənistanı qınayan bəyanat yaydı

Türkiyənin AKP, CHP, MHP və İYİ partiyaları birgə bəyanat yayaraq, Ermənistanın Azərbaycana qarşı hücumlarını qınayıblar. 

Bununla bağlı “HaberGlobal” məlumat yayıb. 

Birgə bəyanatda deyilir:

“Türkiyə Böyük Millət Məclisi olaraq, Ermənistan silahlı qüvvələrinin 12 iyuldan başlayaraq, Azərbaycanın Tovuz rayonuna etdiyi hücumu şiddətlə qınayırıq. Ermənistan səhv yoldadır. Azərbaycanın Yuxarı Qarabağ bölgəsini və ətrafındakı rayonları illərdir işğal altında saxlayan Ermənistanın bu hücumu Cənubi Qafqazda sülhün və sabitliyin saxlanılmasına böyük əngəldir. Ermənistanın haqq və hüquqları heçə sayaraq, belə hücumlar həyata keçirməsinə qarşı beynəlxalq toplumu lazımı reaksiyanı göstərməyə çağırırıq. 

Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinə dəstək verdiyimizi təkrarlayırıq. Ermənistan BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarlarına riayət etməli və işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Türkiyə bundan sonra da bütün səyləri ilə torpaq bütövlüyünü bərpa etməyə çalışan Azərbaycanın yanında yer alacaqdır. Azərbaycanlı şəhidlər üçün Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirik”.

Please publish modules in offcanvas position.