ABŞ rəsmisi: “Amerika 40 il boyunca Rusiyanı Yaxın Şərqə buraxmamağa çalışıb”

/ Cümə, 17 İyul 2020 11:07
ABŞ rəsmisi: “Amerika 40 il boyunca Rusiyanı Yaxın Şərqə buraxmamağa çalışıb”

ABŞ 40 il boyunca Rusiyanın Yaxın Şərqə daxil olmasına mane olmağa çalışıb.

TASS xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin yaxın şərq məsələləri üzrə köməkçisi David Şenker deyib.

D.Şenkerin sözlərinə görə, ABŞ-ın bu səyləri uğursuz olub.

Dövlət katibinin köməkçisi Birləşmiş Ştatların keçmiş prezidenti Barak Obamanın rəhbərliyi dövrünə də toxunub:

“Barak Obama administrasiyasının Rusiya Federasiyasını Suriyada “isti qarşılaması” strateji səhv idi”.

D.Şenker qeyd edib ki, ABŞ Rusiyanın “Suriya bataqlığı”nda məhv olacağına ümid edib, amma bu qənaət özünü doğrultmayıb.

Please publish modules in offcanvas position.